UEFA-dan ÇL-lə bağlı yeni tələb

UEFA Çempionlar Liqası ilə bağlı yeni qərar qəbul edib. 

Newsport.az xəbər verir ki, qadın komandaları olmayan futbol klubları 2023/2024 mövsümündən yarışa buraxılmayacaq. Bu barədə Türkiyənin "Bitexen Adana İdmanyurduspor" klubunun prezidenti Metin Taylancı yerli mətbuata açıqlama verib.

O bildirib ki, Avropa futbol qurumu artıq bu istiqamətdə işlərə start verib: "Ona görə də Türkiyədə 8 önəmli klubun qadın komandası yaradıldı. UEFA yeni qadağanı 2023/2024 mövsümündən tətbiq edəcək. Bu, qadın futbolunun inkişafı üçün önəmli addımdır".

Qeyd edək ki, Azərbaycanda "Qarabağ", "Zirə" və "Səbail"in qadın komandası yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right