“Fənərbaxça”nın gənc futbolçusu Arda Güler İstanbul təmsilçisində yeni rekord müəyyənləşdirib.
Newsport.az xəbər verir ki, o, buna Superliqanın 29-cu turunda “Antalyaspor”la matçda (5:2) fərqlənməklə nail olub. Arda görüşün 78-ci dəqiqəsində qapını dəqiq nişan alıb. Bununla da 17 yaş 18 günlüyündə olan oyunçu “Fənərbaxça”nın heyətində qol vuran ən gənc futbolçu olub. Həmçinin Güler qarşılaşmada komandasının 5-ci qolunun ötürməsini də verib.
Qeyd edək ki, Arda ümumilikdə “Fənərbaxça”da 10 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.