Xavidən İstanbuldakı oyunla bağlı açıqlama

"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/8 finalında "Qalatasaray"la Türkiyədə keçirəcəkləri cavab matçından gözləntilərini bölüşüb. 

Newsport.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında 1/4 finala yüksəlmək üçün döyüşəcəklərini deyib: 

“Qalatasaray”la ilk oyundan əvvəl diqqətimizi cəmləməmişdik. Öz-özümə demişdim ki, istirahət edəndə qələbə qazana bilmirsən. Türkiyədə qələbə qazanmaq üçün döyüşəcək bir heyəti meydana buraxmağa çalışacağıq. Amma hər şey şəraitdən asılıdır. Çox yaxşı çıxış etməməyimizə baxmayaraq, mən yenə də "Barselona"dan razıyam. Komandam qələbəyə layiq idi. İndi isə "Barselona" Türkiyəyə növbəti mərhələyə yüksəlmək üçün gedəcək". 

Qeyd edək ki, komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab görüşü isə martın 17-si İstanbulda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right