"Yuventus" üç xalı üç qolla qazandı

İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Yuventus" səfərdə "Sampdoriya"nın qonağı olub. Qarşılaşma Turin təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 56-ya yüksəldən "Yuventus" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sampdoriya" isə 26 xalla 16-cı yerdədir.

"Sampdoriya" - "Yuventus" 1:3

Qollar: Abdelhamid Sabiri, 84 - Maya Yoşida, 23 (avtoqol), Alvaro Morata, 34 (pen), 88





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right