Avropa Liqasının 1/8 final mərhələsinin “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) oyunu zamanı yerli azarkeşlərin açdığı banner diqqət çəkib.
Newsport.az xəbər verir ki, bannerdə “Atalanta”nın ukraynalı futbolçusu Ruslan Malinovski və rusiyalı oyunçusu Aleksey Mirançuk yer alıblar. Hər iki ölkənin bayraqları fonunda futbolçular sülhə işarə olaraq əl-ələ tutublar.
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini dünən keçirilən mətbuat konfransında adların çəkilən futbolçuların münasibətləri barədə danışıb.
“Malinovski və ailəsi narahatdırlar. Biz bütün komandayla xəbərləri izləyirik. Bu, bizi COVİD-dən daha çox sarsıdıb. Malinovski və Mirançukun qeyri-adi dostluğu var. Mirançuk belə vəziyyətdən az qala xəcalət çəkir. Çünki insanlar bayraq və sərhədlərdən daha vacibdir” – deyə o bildirib.