Son 1 ildə ilk dəfə evdə uduzdular

İngiltərənin “Liverpul” komandası son bir ildə ilk dəfə öz meydanında məğlub olub.

Newsport.az xəbər verir ki, mersisaydlılar UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “İnter”ə uduzub (0:1).

“Liverpul”un “Enfild Roud”da bütün turnirlərdə məğlubiyyətsiz seriyası 28 matçdır (21 qələbə, 7 heç-heçə).

“Qırmızılar” sonuncu dəfə evdə 2021-ci il martın 7-də, İngiltərə Premyer Liqasının “Fulhem”lə matçında (0:1) məğlub olub.

“İnter”dən əvvəl son bir il ərzində heç kim “Enfild”də qalib gəlməmişdi.

“Liverpul” iki oyunun nəticəsinə görə (0:1, 2:0) “İnter”i məğlub edərək, ÇL-də növbəti mərhələyə adlayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right