“Qalatasaray” səfərdə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Yeni Malatyaspor” “Adana Dəmirspor”u qəbul edib. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

Şənbə günü üç qarşılaşma baş tutub. “Rizəspor” doğma meydanda “Girəsunspor”a, “Göztəpə” isə “Kasımpaşa”ya uduzub.

Böhranlı günləri unutmağa çalışan “Qalatasaray” “Konyaspor”un qonağı olub. “Sarı-qırmızılar” qələbə seriyasını davam etdirmək niyyətindəydi. Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmağa yaxın olan “Konyaspor” isə evdə asanlıqla xal itirməyi xoşlamır. Sözügedən kollektiv “Qalatasaray”ı da məğlub yola salmağı bacarıb.

Əsas diqqətlər “Ülkər stadyum”a yönələcək. Burada “Fənərbaxça” çempionluğa ən real namizəd sayılan “Trabzonspor”u qəbul edəcək. Hazırda 66 xalla vahid lider olan Qaradəniz təmsilçisi ən yaxın izləyicisini 17 xal qabaqlayır.

Türkiyə Super Liqası, 28-ci tur

4 mart

Yeni Malatyaspor – Adana Dəmirspor 1:0
Qol:
Şuyar, 77.

5 mart

Rizəspor – Girəsunspor 1:2
Qol:
 Pohyanpalo, 14 – Çikinyo, 45+3. Traore, 48.

Göztəpə – Kasımpaşa 2:3
Qol:
Di Santo, 7. Ndiaye, 80 – Muleka, 5; 48. U.Bozok, 79.

Konyaspor – Qalatasaray 2:0
Qol:
Koka, 8. Rahmanoviç, 20.

6 mart

17:00 Fatih Karagümrük – Altay
20:00 Fənərbaxça – Trabzonspor
20:00 Antalyaspor – Sivasspor

7 mart

21:00 Kayserispor – Alanyaspor
21:00 Beşiktaş – Başakşəhər
21:00 Qaziantep – Hatayspor

Bombardir: Aleksandar Peşiç (Fatih Karagümrük), Umut Bozok (Kasımpaşa), Andreas Kornelius (Trabzonspor), Ayub El Kaabi (Hatayspor) – 12 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right