Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutub.
Turun açılış matçında çempionatın lideri “Milan” “Udineze”ni sınağa çəkib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Son 3 turda qalibiyyət tanımayan “İnter” liderdən uzaq düşməmək üçün “Cenoa” səfərindən 3 xalla qayıtmağa çalışıb. Lakin bu oyun da heç-heçə bitib.
Şənbə günü üç qarşılaşma baş tutub. “Salernitana” – “Bolonya” matçında qalib müəyyənləşməyib. “Fiorentina” isə səfərdə “Sassuolo”ya uduzub. Beş qolun qeydə alındığı “Empoli” – “Yuventus” matçında Turin təmsilçisi qələbə qazanıb.
Turun diqqətçəkən matçlarından biri də Romada oynanılacaq. Burada “Latsio” və “Napoli” münasibətlərinə aydınlıq gətirəcəklər.