"Şaxtyor"un baş məşqçisi Roberto De Zerbi Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.
Newsport.az-in məlumatına görə, italiyalı mütəxəssis ölkəsinə getməyəcəyini bildirib:
"Partlayış səsləriylə oyandıq. Çox pis gündür. İtaliya səfirliyi Ukraynanı tərk etməyimizi istədi. Amma mən "Şaxtyor"a arxamı çevirib bunu edə bilməzdim. Otağımdayam. Çempionat təxirə salınıb. Hazırda risk yoxdur. Səbrlə gözləyirik".