Bülənt Korkmaz bu klubun baş məşqçisi oldu

Türkiyənin "Rizəspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisini Bülent Korkmaz çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qara Dəniz təmsilçisi 53 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.

Bir vaxtlar "Bakı"nı çalışdıran Bülent Korkmazın son iş yeri "Alanyaspor" olub.

Qeyd edək ki, "Rizəspor" Super Liqanın 26-cı turunda "Başakşəhər"ə 0:2 hesablı məğlubiyyətdən sonra Hamza Hamzaoğlunu istefaya göndərmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right