"Qalatasaray" və "Fənərbaxça"nın sabiq futbolçusu bu klubla anlaşdı

"Fənərbaxça" Sinan Gümüşlə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, karyerasını "Antalyaspor"da davam edirəcək.

Futbolçu Antalya təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Gümüş "Fənərbaxça"dan savayı "Cenoa", "Ştutqart", "Qalatasaray"da oynayıb. Əslində isə, Gümüş sabiq klubuna qayıtmış olub. Məsələ burasındadır ki, "Cenoa"da oynadığı vaxtda o, 2020-ci ildə "Antalyaspor"a icarəyə verilmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right