Davids: "Vlahoviçin nəyə qadir olduğunu "Yuventus"da görəcəyik"

"Yuventus"un sabiq futbolçusu Edqar Davids Turin klubunun Duşan Vlahoviçin transferinə şərh verib.

Newsport.az-ın məlumatına görə, niderlandlı veteran futbolçu serbiyalı forvard haqda xoş sözlər deyib:

"Vlahoviçi futbolçu kimi bəyənirəm. Həqiqətən yaxşı forvarddı. Amma "Fiorentina"da oynamaqla "Yuventus"da oynamaq arasında böyük fərq var. Hər halda hamımız Vlahoviçin nəyə qadir olduğunu "Yuventus"da görəcəyik. "Milan" və "İnter"dəki məsuliyyət "Yuventus"da da var. Hazırlığın daim yüksək səviyyədə olmalıdı".

Davids 1998-2004-cü illərdə “Yuventus”un formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right