Semih Kaya yenidən "Qalatasaray"da

"Qalatasaray" heyətinə yeni oyunçu cəlb edib.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi "Malatyaspor"la sözləşməsini ləğv edən sabiq futbolçusu Semih Kaya ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü "Qalatasaray"ın yetirməsidir. 30 yaşlı müdafiəçi "Sparta" (Praqa), "Qaziantepspor", "Kartalspor"da da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right