Ançelotti “Atletikə” məğlubiyyət haqda

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun1/4 finalında “Atletik”ə uduzduqları (0:1) oyunu şərh edib.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis görüşdən sonra keçirilən mətbuat konsfransında bunları söyləyib:

“Kroos da Vinisius kimi yorğun halda meydandan çıxdı. Əlavə vaxt üçün dəyişiklik etmək barədə düşünürdüm, lakin vaxt yox idi. İnsanlar Beyl, Hazard və Yoviçin klub tərəfindən cəzalandırıldıqları üçün oynamadıqlarını danışırlar. Deyəcək sözüm yoxdur. Kimsə cəzalandırılmayıb”.

Daha sonra baş məşqçi əlavə edib: “Bu məğlubiyyət bizə təsir etdi. Lakin inanıram ki, bu məğlubiyyət bizi daha da gücləndirəcək”.

Ançelotti hücumçu Kərim Benzemanı başqa oyunçulardan fərqləndirib: “Kərimin keyfiyyətində olan futbolçularımız yoxdur. Planı dəyişməmişik. "Atletik"in təzyiqi 70-ci dəqiqəyə qədər böyük idi. Düşünürəm ki, əlavə vaxtda üstünlüyə malik idik, lakin onlar son dəqiqədə qol vurdular. Alaba və Kazemirodan daha çox istifadə etməliydik. Lakin oyun istədiyimiz kimi olmadı”.

Xatırladaq ki, “Real” bu məğlubiyyətdən sonra kubokda mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right