Türkiyə millisinin üzvü İngiltərədən ayrıldı

"Fənərbaxça" mövsümün əvvəlində "Uotford"a icarəyə verdiyi Ozan Tufanı geri qaytarıb.

Newsport.az-ın məlumatına görə, klublar arasındakı razılığa əsasən, 26 yaşlı futbolçu bu mövsümün qalan hissəsini “Fənərbaxça”da davam etdirəcək.

“Uotford” Ozanı bir mövsümlük icarəyə götürmüşdü. Müqaviləyə görə, sözügedən klub Premyer Liqadakı yerini qorusa, Ozanı birdəfəlik transfer etməlidi. Klub elitanı tərk edəcəyi halda isə yarımmüdafiəçi “Fənərbaxça”ya qayıdacaq.

​Ozan bu mövsümün geridə qalan hissəsində İngiltərə təmsilçisinin heyətində 9 oyuna çıxıb. “Uotford” isə cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 20 oyunda cəmi 14 xal toplayıb və 20 iştirakçı arasında 19-cu sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right