“Yuventus”un futbolçusu Deyan Kulusevski “Tottenhem”ə keçməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, London klubu “Yuventus”la artıq razılığa gəlib.
Belə ki, “Tottenhem” İsveç millisinin üzvünü 6 aylıq icarəyə götürəcək.
Bu gün Premyer Liqa klubu Kulusevskinin keçidi icitimaiyyətə açıqlayacaq.
İcarəyə görə ingilislər “Yuventus”a 5 milyon avro ödəyəcək. Mövsüm sonunda isə “Tottenhem” 35 milyon avro ödəyərərək isveçli futbolçunu transfer edə bilər.