"Qalatasaray"ın hücumçusu 4 ilədək həbs oluna bilər

Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd azadlıqdan məhrum edilə bilər.

Newsport.az "NTV Spor"a istinadən məlumatına görə, imtahana öz yerinə dostunu göndərməkdə ittiham olunan 25 yaşlı hücumçunun günahı sübuta yetirilsə, onu 4 ilədək həbs cəzası gözləyir.

Forvardın istintaqdan yayınmaq üçün Afrika Millətlər Kubokunun keçirildiyi Kamerundan ölkəsinə deyil, birbaşa Türkiyəyə qayıdacağı bildirilib.

Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right