Acunun klubu "Qalatasaray"dan futbolçu alır

Türkiyəli məşhur aparıcı Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" klubu heyətinə yeni oyunçu cəlb edir.

Newsport.az "The Atletic"ə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Qalatasaray"dan ayrılacağı gözlənilən Dendre Yedlinlə danışıq aparır. Amerikalı müdafiəçi ilə 1 və ya 1.5 illik müqavilə imzalanacağı bildiririlib.

Qeyd edək ki, ötən mövsüm "Nyukasl"dan "Qalatasaray"a transfer olunan Yedlin ümumilikdə 36 matçda meydana çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right