"Samsunspor" Mahir Emrelinin qərarını gözləyir

Türkiyənin “Samsunspor” klubu “Başakşəhər”in futbolçusu Atabəy Çiçəyi heyətinə qatmaq istəyir.

Newsport.az xəbər verir ki, 1-ci liqa təmsilçisi sabiq hücumçusunu geri qaytarmaqda israrlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Samsunspor” Polşa “Legiya”sında çıxış edən azərbaycanlı hücumçu Mahir Emrelinin “Başakşəhər”ə keçməsi və Atabəyin yenidən komandaya qayıtmasına ümid edir. Belə ki, Atabəyin Samsuna gəlişi Mahirin “Başakşəhər” klubuna keçməsindən asılıdır.

​“Başakşəhər”də Mahirin keçidi həll edilsə, Atabəyin klubu tərk etməsinə icazə veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right