"Qalatasaray"ın hücumçusuna qarşı istintaq işi açılıb

Misir millisinin və Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmmədə istintaq işi açılıb.

Newsport.az-in "NTV Spor"a istinadən məlumatına görə, buna 25 yaşlı hücumçunun imtahana öz yerinə dostunu göndərməsi səbəb olub.

Hazırda Afrika Millətlər Kubokunun oyunları üçün yığmanın düşərgəsində olan forvardla bağlı Misirə qayıtdıqdan sonra tədbir görüləcək.

Qeyd edək ki, müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus olan Mustafa Məhəmməd ötən ildən "Qalatasaray"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right