"Qalatasaray" futbolçusu Deandre Yedlinlə yolları ayırıb.
Newsport.az "NTV Spor"a istinadən xəbər verir ki, amerikalı müdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Onun karyerasını ABŞ-da davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm "Nyukasl"dan "Qalatasaray"a transfer olunan Yedlin ümumilikdə 36 matçda meydana çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.