Millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”un Türkiyə 1-ci liqasının 21-ci turunda bu gün “Eyyüpspor”la keçirilməli olan matçı yenidən təxirə salınıb.
Newsport.az “Bursaspor”un mətbuat xidmətinə istinadən xəbər verir ki, buna əlverişsiz hava şəraitinin davam etməsi səbəb olub.
Görüşün nə vaxt oynanılacağına Türkiyə Futbol Federasiyası qərar verəcək.
Xatırladaq ki, dünən keçirilən “Eyyüpspor” – “Bursaspor” matçı güclü qar yağması səbəbindən 12-ci dəqiqədə - meydan sahibləri 1:0 öndə olarkən dayandırılıb. Namik həmin matçın start heyətində yer almışdı.