"Trabzonspor" liderini itirdi: "Qalatasaray"a qarşı oynamayacaq

Türkiyənin "Trabzonspor" klubu aparıcı futbolçularından olan Antoni Nvakaemenin xidmətindən məhrum olub.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı vinger koronavirusa yoluxub. COVİD-19 testi pozitiv çıxan nigeriyalı futbolçu Super Liqanın 23-cü turunun "Qalatasaray"la matçında komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, Antoni Nvakaeme cari mövsümdə "Trabzonspor"un heyətində meydana çıxdığı 20 oyunda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right