Türkiyə klubunun baş məşqçisi məlum oldu

Türkiyənin "Altay" klubunun yeni baş məşqçisi məlum olub.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisini Mert Nobre çalışdıracaq. Bu barədə İzmir klubunun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl köməkçi məşqçi vəzifəsində çalışan 41 yaşlı mütəxəssis mövsümün sonunadək "ağ-qaralar"ın sükanı arxasında olacaq.

Qeyd edək ki, Mert Nobre "Altay"ın baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Denizlini əvəz edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right