Türkiyə millisinin üzvü ÇSKA üçün tibbi müayinədən keçdi

Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıcı karyerasını Rusiyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi Moskva ÇSKA-sı ilə razılaşıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yusuf tibbi müayinədən keçdikdən sonra ÇSKA ilə müqavilə imzalayacaq.

24 yaşlı futbolçu mövsümün sonuna qədər Moskva klubunda icarədə çıxış edəcək. ÇSKA yayda 12 milyon avro ödəməklə, Yusufun transfer hüquqlarına sahib ola bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right