“Beşiktaş”a qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun açılış matçında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib və minimal hesabla qalib gəlib. Günün digər matçı “Yeni Malatyaspor”la “Göztəpə” arasında baş tutub. Üç qolun qeydə alındığı bu oyunda isə qonaqlar sevinən tərəf olub.

“Fənərbaxça” bu turda səfərdə “Antalyaspor”un qonağı olacaq. Lider “Trabzonspor” “Sivasspor”la üz-üzə gələcək.

Baş məşqçi Fatih Terimlə yollarını ayıran və bu posta Domenek Torrenti gətirən “Qalatasaray” bu turda “Hatayspor”un müqavimətini qırmağa çalışacaq.

Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.

Türkiyə Super Liqası, 21-ci tur

14 yanvar

Beşiktaş – Qaziantep 1:0
Qol:
Batşuayi, 67.

Yeni Malatyaspor – Göztəpə 1:2
Qol: M.Eskihellac, 7 – B.Əmir, 15. Laurensi, 73.

15 yanvar

14:30 Adana Dəmirspor – Kayserispor
17:00 Sivasspor – Trabzonspor
17:00 Fatih Karagümrük – Rizəspor
20:00 Antalyaspor – Fənərbaxça

16 yanvar

14:30 Altay – Alanyaspor
17:00 Girəsunspor – Kasımpaşa
20:00 Hatayspor – Qalatasaray

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 11 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right