“Anyelli öləcək”

“Yuventus”un azarkeşləri İtaliya Superkubokunda “İnter”lə matçda (2:1) klub prezidenti Andrea Anyelliyə aid pankart açıblar. 

Newsport.az “Football İtalia”ya istinadən xəbər verir ki, fanatlar görüşün birinci hissəsində nümayiş etdirdikləri pankartda Anyelliyə ölüm arzulayıblar. Onlar yazıb: “Anyelli öləcək”. 

Xatırladaq ki, 2019-cu ildə polis bilet satışı ilə bağlı pulların yuyulması, zorakılıq və qəsbdə şübhəsi ilə 12 “Yuventus” azarkeşini həbs etmişdi.  "Yuventus" araşdırma zamanı səlahiyyətlilərlə əməkdaşlıq edib və Anyelli kluba azarkeşlər tərəfindən təzyiq edildiyini etiraf edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right