"Yuventus” “Atletiko”dan icarəyə götürdüyü Alvaro Moratanı komandada saxlamaq istəyir.
Newsport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klubun baş məşqçisi Massimiliano Alleqri hücumçunun komandadan getməsinə qarşı çıxıb. Bu səbəbdən də turinlilər 29 yaşlı forvardın yerinə yeni hücumçu axtarışına başlamayıb. Morata bu qərardan narazı qalıb. Çünki ispaniyalı yenidən La Liqada çıxış etməyi planlaşdırır. “Yuventus” Alvaronu “Atletiko”dan alıb-almamaqla bağlı qərarını yayda verəcək.
Qeyd edək ki, hücumçu bu mövsümdə 25 oyunda 7 qol vurub.