"Atletiko" Luis Suareslə yollarını ayırır

İspaniyanın "Atletiko" (Madrid) klubu futbolçusu Luis Suareslə yollarını ayıracaq.

Newsport.az "El Partidazo de COPE" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 35 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib.

Uruqvaylı hücumçu cari mövsüm 26 oyunda meydanda olub, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. ABŞ-ın "İnter Mayami" klubu Suaresə iki illik müqavilə təklif edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right