"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı

"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Burak Elmas açıqlama verib.

O, ispaniyalı məşqçi Domenek Torrenlə anlaşdıqlarını bildirib. Klub rəhbərinin sözlərinə görə, 60 yaşlı mütəxəssisi əvvəlcə Fatih Terimin köməkçisi kimi gətirmək istəyiblər. Ancaq sonradan Torrenin komandanı çalışdırmasına qərar verilib.

Domenek Torren 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2018-ci illərdə isə "Mançester Siti"də Xosep Qvardiolanın köməkçisi olub. O, 2018-2019 mövsümündə ABŞ-ın "Nyu-York" siti klubunun baş məşqçisi olub.

Qeyd edək ki, "Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right