"Qalatasaray" Fatih Terimlə yollarını ayırdı

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yollarını ayırıb. 

Newsport.az xəbər verir ki, bu barədə məlumatı "Hurriyet" qəzeti yayıb. Bu gün İstanbul klubunun prezidenti Burak Elmas və İdarə heyətinin iştirak etdiyi iclasda Terimlə bağlı qərar verilib.

Gün ərzində klubun da Terimlə yolların ayrılması ilə bağlı məlumatı açıqlayacağı gözlənilir.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”ı çalışdıran Terim 2017-ci ildə 4-cü dəfə komandaya gətirilmişdi. Uğursuz mövsüm keçirən "Qalatasaray" hazırda Superliqada 20 turdan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right