Ançelotti Türkiyə millisinin üzvünü istəyir

İtaliyanın "Atalanta" klubunda çıxış edən Merih Demiralla "Real" yaxından maraqlanır.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti türkiyəli müdafiəçini sərancamında görmək istəyir. O, rəhbərlikdən 23 yaşlı futbolçunu yayda transfer etməyi istəyib.

Türkiyə millisinin üzvü "Çelsi", "Napoli" və "Nyukasl"ın da maraq dairəsindədir.

Qeyd edək ki, Merih Demiral müqavilə ilə "Yuventus"a məxsusdur. "Atalanta" icarə müddəti başa çatdıqdan sonra 27 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer edə bilər.

Merih Demiral cari mövsümdə "Atalanta"nın heyətində meydana çıxdığı 19 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right