"Fiorentina" Fransa millisinin üzvünü transfer etdi

İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Florensiya təmsilçisi "Lill"in fransalı yarımmüdafiəçisi Conatan İkoneni rənglərinə bağlayıb. Bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu 23 yaşlı vingerlə 2026-cı ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzalayıb. "Fiorentina" Fransa millisinin üzvü üçün "Lill"ə 14 milyon avro ödəyib.

Qeyd edək ki, Conatan İkone cari mövsümndə "Lill"in heyətində meydana çıxdığı 25 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right