Super Liqanın lideri gürcü futbolçu ilə gücləndi

Türkiyə Super Liqasının lideri olan "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Qara Dəniz təmsilçisi gürcüstanlı sol cinah müdafiəçisi İrakli Azarovini heyətinə cəlb edib. 19 yaşlı futbolçunun çıxış etdiyi Batumi "Dinamo"su ilə razılıq əldə olunub. Gənc futbolçu müqavilə imzalamaq üçün Trabzona gedəcək.

Qeyd edək ki, İrakli Azarovi cari mövsümdə "Dinamo"nun heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub. O, Gürcüstan milli komandasına da cəlb olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right