Özil Türkiyədə klub ala bilər

"Fənərbaxça"nın yarımmüdafiəçisi Məsut Özil Türkiyədə klub ala bilər.

Newsport.az-ın məlumatına görə, türkəsilli alam yarımmüdafiəçi üçüncü divizionda çıxış edən "Çorum" futbol klubunu almaqda maraqlıdır. Bildirilir ki, yarımmüdafiəçi kluba 1,3 milyon avro ödəyə bilər. Özilin "Fənərbaxça"da maaşı mövsümə görə 3 milyon avrodur.

Xatırladaq ki, Özil 2021-ci il yanvarın 24-də  "Arsenal"dan “Fənərbaxça”ya transfer olunub. O, Türkiyə Superliqasında bu mövsüm 16 matçda iştirak edib, 7 qol vurub, 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right