Lukaku: “İtaliyaya geri qayıdacam”

“Çelsi”nin futbolçusu Romelu Lukaku açıqlama verib.

Newsport.az-ın məlumatına görə, belçikalı hücumçu, bu ilin yayında “İnter”dən “Çelsi”yə keçməsi haqda fikirlərini bildirib:

“Hadisələr belə olmamalıydı. “İnter”dən necə ayrılmağım, azarkeşlərlə olan münasibətlərim məni narahat etdi. İndi bunları danışmaq üçün düzgün zaman deyil. Məncə, “İnter”i doğru vaxtda tərk etmədim.

Bu klubun hər zaman qəlbimdə yeri olacaq. İtaliyaya geri qayıdacam. Həqiqətən, bunu çox istəyirəm”.

Lukaku bu ilin avqustunda “İnter”dən 115 milyon avro qarşılığında “Çelsi”yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right