Tanınmış hücumçu klubundakı məşqlərini dayandırdı

"İnter"in hücumçusu Edin Ceko komandasının məşqində iştirak edə bilməyib.

Newsport.az-ın məlumatına görə, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb .35 yaşlı oyunçu koronavirus şübhəsi səbəbindən məşqlərdən uzaqlaşdırılıb. 

Dekabrın 30-da komandanın bazasına gedən bütün futbolçular COVID-19 testindən keçiblər. Test nəticələri hələ ki, məlum deyil.

Xatırladaq ki, Ceko bu mövsüm"İnter"in heyətində 24 oyun keçirib, 11 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right