Bülent Korkmaz istefa verdi

"Alanyaspor"un baş məşqçisi Bülent Korkmaz istefa verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, Korkmaz bu ilin sentyabrından Türkiyə Superliqası təmsilçisini çalışdırırıdı. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 18 matçda 9 qələbə qazanmışdı.

Qeyd edək ki, B.Korkmaz 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right