Konte "Yuventus"un futbolçularını istəyir

"Tottenhem"in baş məşqçisi Antonio Konte komandasının yarımmüdafiə xəttini gücləndirmək niyyətindədi.

Newsport.az xəbər verir ki, italyan mütəxəssis "Yuventus"un iki futbolçusu - Deyan Kulusevski və Ueston Makkennini sərəncamında görmək istəyir. Turin klubu hər iki oyunçunu satmağa hazırdı - ancaq azı 35 milyon avroya.

Kulusevski bu mövsüm 21 matçda 1 qol, 3 assistlə yadda qalıbsa, Makkenni 18 oyunda 2 dəfə fərqlənib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right