İtaliyalı məşqçi: "Azərbaycan millisi ilə oyun əsl derbi idi"

Moldova milli komandasının baş məşqçi postundan ayrılan Roberto Bordin İtaliya mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, “Neftçi”nin sabiq çalışdırıcısı Kişinyovda keçirilən Moldova – Azərbaycan (1:0) oyununu xatırlayaraq bunları deyib:

"Moldova millisi ilə müqaviləm fevraldan noyabr ayına kimi idi. Hər şey artıq başa çatıb, millidəki inkişafdan razı qaldım. 2 qələbəsiz oyundan sonra Azərbaycanla matçda istədiyimizə çatdıq. Vaxtilə ilyarım “Neftçi”ni çalışdırmışam. Hazırda Azərbaycan millisini Canni De Byazi çalışdırır. Bu mənada Azərbaycanla oyun əsl derbi idi.

2 illik qələbəsizlikdən sonra hətta yoxlama görüşündəki qələbəyə sevinən tribunadakı azarkeşləri gördüm. Həqiqətən xoş anlar idi. İndi karyeramda pauza götürmüşəm, gözləyirəm.

“Şerif” və “Neftçi”də beynəlxalq təcrübə qazanmışam. Bu, çox vacibdi. Geridə qalan illərə görə şadam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right