Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Turun açılış matçında “Kasımpaşa” doğma meydanda “Altay” üzərində inamlı qələbəyə sevinib. “Girəsunspor” evdə “Hatayspor”la oyundan məğlubiyyətlə ayrılıb. “Qalatasaray” isə “Antalyaspor”la üz-üzə gəlib və uzun fasilədən sonra qələbə sevinci yaşayıb.
Turun mərkəzi görüşündə lider “Trabzonspor” çempionatda son 10 oyundur məğlub olmayan “Başakşəhər”i qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
“Fənərbaxça” bu turda doğma meydanda “Yeni Malatyaspor”u sınağa çəkəcək, “Beşiktaş” isə “Konyaspor” səfərinə yollanacaq.
Türkiyə Super Liqası, 19-cu tur
25 dekabr
Kasımpaşa – Altay 2:0
Qol: Donk, 34. U.Bozok, 88.
Girəsunspor – Hatayspor 0:1
Qol: Əl Kaabi, 81.
Qalatasaray – Antalyaspor 2:0
Qol: Fequli, 45+1. K.Aktürkoğlu, 52.
Trabzonspor – Başakşəhər 0:0
26 dekabr
14:30 Rizəspor – Qaziantep
17:00 Alanyaspor – Fatih Karagümrük
17:00 Göztəpə – Adana Dəmirspor
20:00 Fənərbaxça – Yeni Malatyaspor
27 dekabr
21:00 Kayserispor – Sivasspor
21:00 Konyaspor – Beşiktaş
Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 9 qol.