"Milan" koronavirusa görə məşqlərini onlayn keçirəcək

İtaliyanın "Milan" komandası koronavirus səbəbindən məşqlərini onlayn keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə "rossonyerlər"in baş məşqçisi Stefano Pioli "Sky Sport Italia"ya açıqlamasında bildirib.

O, futbolçuların “Zoom” onlayn platformasında məşqlərə qatılacaqlarını və dekabrın 30-da yenidən bir araya gələcəklərini söyləyib.

Qeyd edək ki, İtaliyanın bir neçə klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. "Milan" A Seriyasındakı növbəti matçını yanvarın 6-da "Roma"ya qarşı keçirməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right