Paytaxt klubu liderini itirdi: İlin son oyununu buraxacaq

İtaliyanın "Latsio" klubu aparıcı futbolçusunun xidmətindən məhrum olub.

 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Çiro İmmobileni itirib. Belə ki, İtaliya millisinin üzvü koronavirusa yoluxub. Karantinə alınan 31 yaşlı hücumçu ilin son matçını, A Seriyasında "Venetsiya"ya qarşı olan oyunu buraxacaq.

 

Qeyd edək ki, İmmobile cari mövsümdə "Latsio" forması ilə meydana çıxdığı 21 matçda 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right