Emre Belözoğlu Superliqanın tarixinə düşdü

Türkiyə Superliqasının 18-ci turunda “Girəsunspor”la keçirilən ev oyunu “Başakşəhər”in baş məşqçisi Emre Belözoğlu üçün əlamətdar olub.

Newsport.az xəbər verir ki, o, bu oyunda qazandıqları 3:1 hesablı qələbə sayəsində Superliqanın tarixinə düşüb.

"Başakşəhər" bu mövsümdəki 10-cu qələbəsini qazanıb. Üstəlik, İstanbul təmsilçisi ardıcıl 10 oyundur məğlub olmur. Oktyabrın 15-də “Beşiktaş”a qarşı keçirilən oyunla “Başakşəhər”də debüt edən Bəlözoğlu, 10 oyunda 8-ci qələbəsinə sevinib. Daha iki oyun isə heç-heçə bitib.

O, ötən mövsümün sonunda çalışdırdığı “Fənərbaxça”da 10 oyunda 7 qələbə sevinci yaşamışd. Bununla da Əmrə Superliqa tarixində 15 qələbəni ən tez qazanmış yerli mütəxəssis olub. 41 yaşlı məşqçi Coşkun Özarıya məxsus rekordu qırmış olub. Özarı 15 qələbəni 21 oyunda qazanmışdı.
 
Qeyd edək ki, “Başakşəhər” hazırda Superliqada 32 xalla 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right