Türkiyənin FİFA referisi Cüneyt Çakır Küveyt Əmir kubokunun final oyununa təyinat alıb.
Newsport.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o, "Əl-Küveyt" və "Əl-Kadisia" arasında oynanılacaq həlledici matçın baş hakimi olacaq. Mete Kalkavan isə görüşün VAR hakimi vəzifəsini yerinə yetirəcək.