Türkiyə millisinin üzvü "Atletiko"ya keçə bilər

Ötən mövsüm İspaniyada çempionluq yaşamış "Atletiko" qışda heyətini gücləndirmək istəyir.

Newsport.az xəbər verir ki, Madrid klubu "Mançester Yunayted"ə keçəcəyi ehtimal edilən Kirian Trippyerin əvəzləyicisini Fransada tapıb.

Belə ki, "Lill"in futbolçusu müdafiəçisi Zeki Çelik "Atletiko"nun formasını geyinə bilər.

"Atletiko" Türkiyə millisinin formasını geyinən futbolçu üçün Fransa klubuna ilkin müraciətini edib.

​"Bursaspor", "Karacebeyspor" klublarında çıxış etmiş 24 yaşlı müdafiəçi 2018-ci ildə "İstanbulspor"dan "Lill"ə keçib. O, ötən mövsüm bu klubun heyətində Fransa çempionluğunu yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right