Vlahoviç Ronaldonun uğurunu təkrarladı

Fiorentina”nın futbolçusu Duşan Vlahoviç yeni uğura imza atıb.

Newsport.az xəbər verir ki, serbiyalı hücumçu A Seriyasının 18-ci turunun “Sassuolo” ilə matçında (2:2) fərqlənərək, 2021-ci ildə çempionatda vurduğu qolların sayını 33-ə çatdırıb.

Vlahoviç bu göstəricidə “Yuventus”un sabiq futbolçusu, hazırda “Mançester Yunayted”də çıxış edən Kristiano Ronaldonun göstəricisini təkrarlayıb. Portuqaliyalı hücumçu “Yuventus”la 2021-ci ildə A Seriyasında 33 qol vurmuşdu.

Vlahoviç bu mövsüm A Seriyasında 18 qolla bombardirdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right