İtaliya A seriyasında 18-ci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, “Milan” evdə “Napoli” ilə qarşılaşıb.
Matç neapolluların qələbəsilə yekunlaşıb. Bu qələbə sayəsində xalların sayını 39-a çatdıran “Napoli” eyni xala malik olmasına baxmayaraq, “Milan”ı 1 pillə qabaqlayaraq 2-ci pilləyə yüksəlib.
"Milan" - "Napoli" 0:1
Qol: Elif Elmas, 5