"Roma" azarkeşinin oyun vaxtı ürəyi dayanıb

İtaliyanın "Roma" klubunun azarkeşinin "Spetsiya"ya qarşı keçirilən A Seriyasının XVII tur oyununda halı pisləşib.

Newsport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 30-cu dəqiqədə 23 yaşlı fanatda ürək çatışmazlığı yaranıb.

Tərəfdara təcili yardım vasitəsi ilə müdaxilə olunub. Onun həyatını defibrillyatorla xilas etmək mümkün olub və azarkeş xəstəxanaya aparılıb.

Qeyd edək ki, qarşılaşma "Roma"nın 2:0 hesablı qələbəsi ilə bitib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right