“Qalatasaray”da Muslera şoku

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisinin qapıçısı Fernando Muslera zədələnib.

Uruqvaylı qolkiper Super Liqanın 16-cı turu çərçivəsində baş tutan “Sivasspor”la səfər matçında sıradan çıxıb. O, 80-ci dəqiqədə meydan sahiblərinin hücumu zamanı komanda yoladaşı Kristian Luyindama ilə toqquşub. Dizindən zədə alan təcrübəli futbolçu oyunu davam etdirə bilməyib və İsmail Çipe ilə əvəzlənib.

“Qalatasaray”ın 0:1 hesablı məğlubiyyəti ilə bitən matçdan sonra Musleranın zədəsinin ciddi olduğu açıqlanıb. Amma qolkiperin durumuna tam olaraq ətraflı müayinələrdən sonra aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right